📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda 465 min dollar mənimsəyən KEÇMİŞ MER SAXLANILIB

2021-12-09 23:52:00

Ermənistanda 465 min dollar mənimsəyən KEÇMİŞ MER SAXLANILIB

Ermənistanda Vardenis şəhərinin keçmiş meri Aram Arutyunyan saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham edilib.

İstintaq müəyyən edib ki, Arutyunyan tabeliyində olanlarla birgə aztəminatlı şəxslər üçün ayrılmış 231,9 milyon dram (təxminən 465 min ABŞ dolları) həcmində dövlət vəsaitləri müxtəlif yollarla mənimsəyib.

Keçmiş mer və əlaltıları əməllərini etiraf ediblər.//Oxu.az