📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda anti-Rusiya dalğası tüğyan edir

2022-09-17 10:58:00

Ermənistanda anti-Rusiya dalğası tüğyan edir

Vəziyyət o həddə çatıb rus səfiri Cermuxa səfərdən imtina edib.

“Ermənistanda anti-Rusiya dalğası tüğyan edir. Artıq ermənilər etibarən  Ermənistan hakimiyyəti və hökumətə yaxın dairələrdən Rusiya əleyhinə bəyanatlar səs-küylü, hətta Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “hraparak” yazır. Mətbu oqranının yazdığına görə, aksiyanın təşkilatçıları elan ediblər ki, Rusiya strateji müttəfiq kimi Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmir və toplantının məqsədi vətəndaşların Rusiyanın biganəliyinə, neytrallığına etirazını bildirməkdir. 

Hətta xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında baş verənlərə müxtəlif ölkələrin reaksiyasından danışaraq, Rusiya əleyhinə dolayısı ilə açıqlama verib: “Ayrı-ayrı ölkələrə və ya dost ölkələrə gəlincə, bizim daha çox gözləntilərimiz var idi və sirr deyil ki, bu gözlənti özünü doğrultmayıb”.

Mətbu orqanı yazır ki, iki ölkə arasında vəziyyət o həddə çatıb ki, hətta Rusiyanın Ermənistandakı səfiri sentyabrın 16-də İrəvanda akkreditə olunmuş səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə sərhəddə yaranmış son hadisələrlə  bağlı Cermuxa da səfər etməyib. Səfərdə 29 ölkənin və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri iştirak edib.

olke.az