📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda atışma oldu, ölən və yaralananlar var

2026-02-18 20:09:51

Ermənistanda atışma oldu, ölən və yaralananlar var

Ermənistanda atışma olub. 

"Unikal" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrəvanın Ajapnyak rayonunda bir qrup şəxsin mübahisəsindən sonra silah səsləri eşidilib.

Nəticədə 45 yaşlı A.V. ölüb, 6 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağır, 3-nünkü isə orta-ağırdır. İnsidentin bütün iştirakçıları müəyyən edilib, onların tapılması üçün tədbirlər görülür.