Ermənistanda avtomobil qəzasında 6 nəfər yanaraq ÖLDÜ
2023-01-07 23:17:00
Ermənistanda avtomobil qəzasında 6 nəfər yanaraq ölüb.
Yanvarın 7-də, saat 16:00-da Qeqarkunik yolunda minik avtomobilləri toqquşaraq yanıb.
Xilasetmə qrupu hadisə yerinə gedib.
Məlum olub ki, “Opel” və “Lada Priora” markalı avtomobillər toqquşub, nəticədə yanğın baş verib.
Yanğın söndürülüb.
Xilasedicilər xüsusi texnikanın köməyi ilə “Opel” markalı minik avtomobilindən 4, “Lada Priora” markalı avtomobildən isə 2 nəfər yanmış cəsəd çıxarıblar. \\KONKRET.az