📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda biabırçılıq: Paşinyanı döymək istədilər

2023-04-10 17:55:00

Ermənistanda biabırçılıq: Paşinyanı döymək istədilər

Ermənistanda biabırçı hadisə baş verib. Ölkə gündəmini zəbt edən insisent Vanadzor (Böyük Qarakilsə) şəhərində qeydə alınıb. 

Hurriyyet.az xəbər verir ki, adıçəkilən şəhərdə görüş zamanı vətəndaşlardan biri əlindəki çətiri baş nazir Nikol Paşinyana ataraq, onu vurmağa cəhd edib. 

Erməni KİV-lərinin yazdığına görə, Mühafizə Xidmətinin əməkdaşları Baş nazirdən narazı olan şəxsi hadisə yerindən uzaqlaşdırıblar. 

Onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir. 

yenisabah.az