📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda bir neçə məmur həbs edilib

2024-03-24 00:04:28

Ermənistanda bir neçə məmur həbs edilib

Ermənistanın Artik (əsl adı Ərtik-red) rayon icması rəhbərinin müavini Artak Arutyunyan həbs edilib.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr xatırladıb kig, bir neçə gün əvvəl Şirak vilayət administrasiyasının şəhərsalma şöbəsinin müdiri Xaçatur Xndzrtsyan və həmin idarənin mütəxəssisi Mkrtiç Asatryanın həbs olunub. Eyni cinayət işi çərçivəsində Artik geniş icmasının rəhbərinin müavini Artak Arutyunyan da həbs olunub. Məhkəmə onun 2 ay müddətinə həbs edilməsinə qərar verib.

Artak Arutyunyanın 2021-ci ildə Samvel Babayanın “Liberal” Partiyasının siyahısında “Artik” icmasının rəhbəri vəzifəsinə namizədliyi irəli sürülüb.

Seçkilərdən sonra icma başçısının müavini vəzifəsinə təyin edilib. \\Report