📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda bu kəşfiyyat qrupu Bakıya işləyir? - Avakyandan şok AÇIQLAMA

2021-08-27 09:22:00

Ermənistanda bu kəşfiyyat qrupu Bakıya işləyir? - Avakyandan şok AÇIQLAMA

Ermənistanda 9 nəfərdən ibarət kəşfiyyat qrupu Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları üçün işləyir və uzun müddətdir ki, vacib xəbərləri toplayır.

HURRİYYET.az xəbər verir ki, bu sözləri keçmiş Qarabağ separatçılarının keçmiş prezidentinin müşaviri Boris Avakyan erməni mediasına açıqlamasında deyib.

O iddia edib ki, bu qrupun üzvləri Ermənistan və Ukrayna vətəndaşlarıdır.

Avakyan iki ay bu qrupun fəaliyyətini izlədiyini də qeyd edib:

“Qrup müxtəlif dövlət vəzifələrində və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin 20-dək doğmasını “verbovka” etmək üçün aktiv iş aparırdı”.

O, bu barədə rəsmiləri məlumatlandırdığını, ancaq heç bir addım atılmadığını da bildirib.

Baş Prokurorluqdan isə mediaya açıqlama verərək, Avakyanın məlumatlarını araşdırdıqlarını qeyd ediblər./Axar.az