📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda daha bir yüksək vəzifəli şəxs saxlanıldı

2024-02-17 11:44:17

Ermənistanda daha bir yüksək vəzifəli şəxs saxlanıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları məhkəmə-tibbi elmi-praktik mərkəzin direktoru Mqer Bişaryanı saxlayıblar. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, daha əvvəl komitənin əməkdaşları İrəvanın mərkəzində yerləşən müəssisəyə gəliblər. Bir neçə saatlıq axtarışlardan sonra müstəntiqlər M.Bişaryanı özləri ilə aparıblar. 

Digər təfərrüatlar barədə məlumat verilməyib. 

yenisabah.az