📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda deputat deputatı döydü

2023-03-31 14:53:00

Ermənistanda deputat deputatı döydü

Bu gün Ermənistan Milli Məclisinin Dövlət Hüquq Komitəsində qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasının deputatı Mher Saakyan komitənin sədri Vladimir Vardanyana hücum edərək onu vurub, fiziki xəsarətlər yetirib və qaçıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan “Facebook” səhifəsində yazıb: 

“Bu biabırçı xuliqanlığın açıq-aydın cinayət nəticələri olmalıdır”. 

Bildirilir ki, hadisə Ermənistan MM-nin Dövlət Hüquq Komitəsində qapalı müzakirə zamanı baş verib.

Qeyd edək ki, yerli KİV Mher Saakyanın saxlanıldığını, Vladimir Vardanyanın isə xəstəxanaya aparıldığını yazır. 

yenisabah.az