📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda əcnəbi polis bölməsində atəş açıb - Yaralılar var

2024-07-20 11:17:02

Ermənistanda əcnəbi polis bölməsində atəş açıb - Yaralılar var

Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs polis bölməsində avtomat silahından atəş açıb.

Hurriyyet.az xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb. 

Məlumata görə, İraq vətəndaşı olduğu bildirilən həmin şəxs daxil olan şikayət əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə isə həm özü, həm də 2 polis yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.