📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda efirdə blogerlə jurnalist arasında dava düşüb - Video

2026-11-16 15:28:48

Ermənistanda efirdə blogerlə jurnalist arasında dava düşüb - Video

Ermənistanda İctimai Televiziyanın efirində qonaqlar arasında dava düşüb.

Hurriyyet.net xəbər verir ki, ilk olaraq hökumətyönlü bloger, “Respublika” partiyasının üzvü Arutyun Mkrtçyanla müxalif “Politik.am” portalının redaktoru Boris Murazi arasında mübahisə düşüb.

Mübahisə daha sonradan əlbəyaxa davaya çevrilib. 

Davaya səbəblərdən biri isə efir zamanı Mkrtçyanın Murazinin etnik azlıq nümayəndəsi (milliyətcə yezididir – red.) olmasını xatırlatması və həm özünün, həm də valideynlərinin ünvanına nalayiq ifadələr səsləndirməsi olub.