📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda əsgər komandirini güllələdi

2022-09-30 17:53:00

Ermənistanda əsgər komandirini güllələdi

Ermənistanın Zəngəzurdakı hərbi postlarının birində atışma baş verib. 

Hurriyyet.az unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat qeyd olunub. 

Bildirilib ki, sıravi əsgərlərdən biri komandiri ilə münaqişə edərkən onu ayağından vurub, sonra isə özünə xəsarət yetirib.

Daha sonra əsgər və komandir xəstəxanaya aparılıb. Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi açıqlama yaymayıb.