📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda etiraz yürüşləri yenidən başlayıb - Narazı kütlə Mirzoyanla görüş tələb edir (VİDEO)

2024-05-31 15:15:00

Ermənistanda etiraz yürüşləri yenidən başlayıb - Narazı kütlə Mirzoyanla görüş tələb edir (VİDEO)

Bu gün erməni Apostol Kilsəsinin nümayəndəsi Baqrat Qalstanyanın başçılığı ilə Ermənistanda hökumət əleyhinə etiraz yürüşləri yenidən başlayıb.

Hurriyyet.az xəbər verir ki, etirazçı kütlə B. Qalstanyanın göstərişi əsasında İrəvəndakı xarici işlər nazirliyinin binası önünə toplaşıblar.

Etirazçılar xarici işlər naziri Ararat Mirzoyanı binadan çölə çıxıb, Azərbaycan və Türkiyə liderlərinin Ermənistanla bağlı son bəyanatlarına cavab verməyə çağırıb. Qalstanyan vurğulayıb ki, Mirzoyan etirazçıların yanına enməsə, onlar binaya daxil olacaqlar.

Məlumata görə, getdikcə artan etirazçı kütlə ilə polis arasında qarşıdurma yaşanıb.

Azpolitika.info