📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda general vəzifəsindən azad edildi

2026-11-26 20:15:37

Ermənistanda general vəzifəsindən azad edildi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Karen Qriqoryan vəzifəsindən azad edilib.

Hurriyyet.net  “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında müvafiq fərman imzalayıb.

Fərman Ermənistan prezidentinin rəsmi saytında dərc olunub.

Qeyd edək ki, K. Qriqoryan 2024-cü ilin fevralında Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdi.