Ermənistanda güclü partlayış baş verib, xəsarət alanlar var
2024-06-07 00:31:38
Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.
Hürriyyət.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası fəaliyyət göstərir.
Ermənistanda İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Təfərrüatlar hələlik məlum deyil.