📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda hərbçilər arasında atışma - Ölən var

2022-11-15 17:30:00

Ermənistanda hərbçilər arasında atışma - Ölən var

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində sıravi əsgərlər arasında atışma olub.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Açılan atəş nəticəsində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan öz əsgər yoldaşı tərəfindən qətlə yetirilib.

Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün istintaq araşdırması başlanıb.