📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda hərbi nazirlikdə istefa bombardmanı...

2021-12-08 16:53:00

Ermənistanda hərbi nazirlikdə istefa bombardmanı...

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətini, xüsusilə də Müdafiə Nazirliyini rusyönümlülərdən təmizləmə aksiyası davm edir. Belə ki, erməni “Joxovurd” qəzeti Ermənistan Müdafiə Nazirliyində kadr talanı başladığını və Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyanın vəzifəsindən azad edildiyini bildirib.
“Yeri gəlmişkən, Nikol Paşinyan 27 iyul 2020-ci il tarixində Sarkisyanın 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsi əsasında onu mükafatlandırıb. Əldə etdiyimiz məlumata görə, baş katibin müavini-Müdafiə Nazirliyi Katibliyinin rəisi Suren Poqosyan da vəzifəsindən azad edilib”, deyə qəzet qeyd edir.
Xatırladaq ki, “Joxovurd” qəzetinin məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan təyinatından sonra Müdafiə Nazirliyinin müxtəlif qurumlarının əməkdaşlarını mütəmadi olaraq çağırır və onların funksiyaları ilə şəxsən tanış olur. Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən müşavirələrin yekunlarına əsasən müəyyən təhlillər aparılıb və qərara alınıb ki, nazirlikdə formalaşmış “ənənələr”i sındırmaq üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarından başlasın. Qəzetin yazdığına görə, yeni təyin olunmuş nazirə çatdırılıb ki, nazirliyin struktur bölmələrində çalışanlar öz işlərinə görə məsuliyyəti bir-birlərinin üstünə atırlar və çox vaxt işlər irəliləmir. Belə halların qarşısını almaq üçün Müdafiə Nazirliyinin bəzi idarələrində yaxın vaxtlarda ümumi ixtisarlara başlanılacaq.

Ülviyyə. Hurriyyet.az