"Ermənistanda heyvanlaşmış insanlar varmı?" - Lavrovun Mirzoyana sualı
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirzoyana qəribə sualla müraciət edib. Xarici işlər nazirlərinin qeyri-formal söhbəti zamanı Lavrov həmkarında Ermənistan respublikasında kvadroberlərin olub-olmadığını söruşub. Söhbət iki ölkənin liderlərinin - Nikol Paşinyanla Vladimir Putinin Kremldə keçirilən görüşündən əvvəl olub.
Lavrov gülərək soruşub: "Sizdə kvadroberlər varmı? Uşaqlar it kimi maskalanırlar. Bu, ən əsas xəbərlərdən biridir. Heyvanlar kimi gəzirlər".
Mirzoyan kvadroberlər hərəkatından xəbərdar olduğunu və onun yeni dəb olduğunu söyləyib. Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan isə Avropada kvadroberlərin artıq özlərini "gender" kimi tanıtdıqlarını söyləyib.
Hürr Tərcüman