📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda hökumət iclası təxirə düşdü

2024-06-13 11:00:37

Ermənistanda hökumət iclası təxirə düşdü

Ermənistan hökuməti bu günə planlaşdırılan iclası iyunun 14-nə təxirə salıb. Buna səbəb baş nazir Paşinyanın Ermənistan parlamentində 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələrdə iştirak etməsidir. Eyni zamanda etirazçılar hökumət binası yaxınlığında toplaşıblar.

Ermənistanın Telegram kanalları ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında əlbəyaxa dava olan dünənki nümayişdən sonra 101 vətəndaş tibbi yardıma müraciət edib.

Ülviyyə, Hurriyyet.az