Ermənistanda itkilərin sayı növbəti dəfə açıqlandı
2021-12-29 15:40:00
Hurriyyet.az “Vestnik Kavkaza” saytına istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi 44 günlük müharibədə həlak olanlar barəsində yeni məlumatlar açıqlayıb.
“Sputnik Armeniya” agentliyinin yaydığı məlumatda deyilir: “2021-ci il 24 dekabr tarixinə olan məlumata görə, Qarabağda 44 günlük müharibənin gedişində ölmüş erməni hərbçilərinin və vətəndaşlarının sayı 3808 nəfərdir”.
İstintaq Komitəsinin əməkdaşları indiyə qədər nə qədər cəsəd qalığının identifikasiya edilmədiyi barəsində suala cavab verməyərək, bunun təhqiqat sirri olduğunu bildiriblər.
İstintaq Komitəsinin 4 oktyabr tarixində yaydığı məlumatdaölənlərin sayının 3788 nəfər olduğu deyilirdi. Araşdırma davam edir.
Hürr Tərcüman