📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

2025-02-15 17:15:21

Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, məlumata görə, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Polisdən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib.

Oxu.az