📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda Kremlin iştirakı ilə sülh müqaviləsi hazırlanır - İddia

2021-09-04 11:23:00

Ermənistanda Kremlin iştirakı ilə sülh müqaviləsi hazırlanır - İddia

Bu günlərdə Ermənistan hökumətinin aparatında və xüsusən Ermənistanın Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır.

Hurriyyet.az xəbər verir ki, bunu "Past" qəzeti yazıb.

Ermənistan KİV-i qeyd edir:

"Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirir ki, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi, hökumət aparatı ilə birlikdə son günlər dərin araşdırmalar aparır və belə bir sənəd üçün presedentlər tapmağa, həmçinin imzalanmadan əvvəl mümkün danışıqlar prosesinə hazırlaşmağa çalışırlar.

Xüsusilə, danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin həyata keçiriləcəyi ilə bağlı inteqral paketin hazırlanması tapşırılıb.

Əldə etdiyimiz məlumata görə, qarşı tərəf də iş aparır.

Mənbəmizin sözlərinə görə, bu proses Kremlin iştirakı ilə həyata keçirilir və sənədlə bağlı əvvəlcədən razılaşdırılaraq ilk müzakirələr oktyabr ayında başlaya bilər".