Ermənistanda matəm olacaq
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvanda yerləşən “Sürməli” alış-veriş mərkəzində baş verən yanğın faciəsi ilə əlaqədar Ermənistan hökuməti yaxın günlərdə matəm elan eləməyə hazırlaşır. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti verib.
Mətbuatın yazdığına görə, İrəvanın "Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ümumi sahəsi 3500 kv.m olan ikimərtəbəli tikili dağılıb.
Hazırda partlayışların baş verdiyi ərazidə yanğın söndürülüb, axtarış-xilasetmə işləri aparılır. Bu günə olan məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 61 nəfər yaralanıb, 18 nəfər axtarışdadır. Axtarışda olanların arasında Rusiya və İran vətəndaşları da var.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hürr Tərcüman