📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda mina partladı: 1 nəfər xəsarət aldı

2026-04-03 13:52:57

Ermənistanda mina partladı: 1 nəfər xəsarət aldı

Ermənistanın Noyemberyan icmasının Koti kəndində mina partlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Koti kəndinin 41 yaşlı sakini Xolni Kar sərhəd ərazisində itirilmiş mal-qarasını axtararkən piyada əleyhinə mina partlaması nəticəsində yaralanıb. Yaralı Koti kəndinin sakini Artyom Harutyunyandır.

Həmkəndliləri onu sərhəd zonasından çıxararaq təcili yardım maşını ilə Noyemberyan Tibb Mərkəzinə aparıblar və sağ ayağı topuğundan yuxarı amputasiya edilib.