📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda minlərlə şəxs hərbi toplantılara çağrıldı

2023-02-02 14:00:00

Ermənistanda minlərlə şəxs hərbi toplantılara çağrıldı

Hurriyyet.az xəbər verir ki, Ermənistan hökumətinin bu gün verdiyi qərara əsasən, ehtiyatda olan 3,2 mindən çox şəxs 1 mart-12 may tarixlərində davam edəcək  hərbi təlim-toplantılara çağrılıblar. Toplantılarda iştirak müddəti 25 sutkadan artıq olmayacaq.

Bundan savayı, hərbi nəqliyyat öhdəlikləri olan təşkilatlar avtomobillər təqdim edəcəklər.

Xatırladaq ki, Ermənistanda bundan əvvəlki hərbi toplantılar ötən ilin sentyabr-noyabr aylarında keçirilmişdi.

Hürr Tərcüman