Ermənistanda mitinqlər – Paşinyanın istefası tələb edilir
2022-09-14 11:39:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq yenidən başlayıb. Polis binanın girişini mühasirəyə alıb.
Etiraz aksiyalarının təşkilatçılarından biri, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryanın sözlərinə görə, o, gecəni bir neçə könüllü ilə birlikdə parlamentin girişində keçirib. Rusiya mətbuatının yazdığına görə, Kazaryan deyib: “Səhər açıqlandan bəri biz vətəndaşlarımızı ictimai təzyiq vasitəsi ilə deputatlarla görüşmək və onları Paşinyana qarşı impiçment prosesini başlatmağa dəvət etmək üçün bizə qoşulmağa çağırdıq”.
Hürr Tərcüman