📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda MÜHÜM HƏBS

2023-10-17 16:01:36

Ermənistanda MÜHÜM HƏBS

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Altunyanın vəkili Qor Saqoyan məlumat yayıb.

Xatırladaq ki, Gevorq Altunyan və daha bir neçə erməni 106,3 milyon dram (təxminən 265 min dollar) həcmində mənimsəmədə ittiham olunur. Həmin şəxslər özlərinə qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

İstintaq Gevorq Altunyanın 2019-2021-ci illər ərzində Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalmaları idarə edərkən külli miqdara vəsaiti mənimsədiyini üzə çıxarıb.

Musavat.com