📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - KİV

2023-11-23 14:17:25

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - KİV

Gələn il Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

“Siyasi dairələr 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini fəal olaraq müzakirə edirlər. Hökumət bu məsələni gündəliyə əlavə edib”, - deyə qəzet yazıb. 

Bildirilir ki, N.Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının son iclaslarından birində yeni seçkilər keçirmək və yenidən seçilmək üçün kifayət qədər addım atacaqlarını deyib.

qafqazinfo.az