📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda özünü asan hərbçi Seyran Ohanyanın qohumu imiş - Yenilənib

2023-03-09 16:50:00

Ermənistanda özünü asan hərbçi Seyran Ohanyanın qohumu imiş - Yenilənib

Ermənistanda hərbi qulluqçulardan birinin meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hərbçi Andranik Ohanyanın cəsədi martın 8-i aşkar edilib. Hazırda insidentin detalları araşdırılır.

***

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Ohanyanın cəsədi meşədə ağacdan asılmış vəziyyətdə tapılıb. 

Hadisə ilə bağlı araşdırma başladılıb. Sözügedən hərbçinin xidmət etdiyi hərbi hissənin əsgərləri və zabitləri dindirilib.

***

“Hraparak” qəzetinin məlumatına görə, cəsədi aşkar olunan hərbçi Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının sədri Seyran Ohanyanın əmisi nəvəsidir. 

qafqazinfo.az