📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda peyk mərkəzi yaradıldı

2023-07-08 22:10:00

Ermənistanda peyk mərkəzi yaradıldı

Ermənistanda “Armsat-1” peyk idaretmə mərkəzi yaradılıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, peyk əvvəllər İspaniyanın "Satlantis" şirkəti tərəfindən idarə edilib. Paralel olaraq orada erməni mütəxəssislər hazırlanıb. Artıq sözügedən peykin Ermənistandan idarə oluna biləcəyi bildirilib.

Ölkənin yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bildirib ki, peykin fəaliyyətə başlaması ilə Ermənistanda ən azı 2030-cu ilə qədər kosmik sənaye şirkətlərinin fəaliyyəti ƏDV-dən azad edilib.\\Axar.Az