Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb
2022-02-22 15:08:00
Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.
Hurriyyet.az moderator.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.
Aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib.
Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər.
moderator.az