📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda qadın məktəb direktorunu bıçaqlamaq istədi

2026-03-09 13:57:49

Ermənistanda qadın məktəb direktorunu bıçaqlamaq istədi

Ermənistanın Vedi şəhərində yerli sakin məktəbə hücum edib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, 37 yaşlı qadın Vedidəki məktəbə girərək, əvvəlcə 10-15 dəqiqə ərzində səs-küy salıb, nalayiq söyüşlər söyüb. Sonra direktorun kabinetinə yollanıb. Kabinetə çatanda qadın çantasından bıçaq çıxarıb və təhdidlər etməyə başlayıb. 49 yaşlı direktor(o da qadın olub) qaçıb. Onun arxasınca həyətə qaçan və direktoru tapa bilməyən qadın onun BMW markalı avtomobilini bıçaqla cızıb.

Qadın saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.