📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda qatar qəzası - Tbilisi istiqamətində hərəkət dayandı

2023-10-12 11:56:07

Ermənistanda qatar qəzası - Tbilisi istiqamətində hərəkət dayandı

Ermənistanın Armavir vilayətində yük qatarı relsdən çıxıb.

Hurriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə dəmir yolunun Karakert-Dalarik hissəsində qeydə alınıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda İrəvan-Gümrü-İrəvan, eləcə də İrəvan-Tbilisi-İrəvan reysi üzrə qatarların hərəkəti dayandırılıb.

Qatarın sement istehsalı üçün xammal daşıdığı qeyd olunub. Hadisənin nəticələrinin 2 gün ərzində aradan qaldırılacağı güman edilir. İnsidentin səbəbləri araşdırılır.