📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda qətllərin sayı artıb

2026-02-20 23:04:57

Ermənistanda qətllərin sayı artıb

Ermənistanda qətllərin sayında artım qeydə alınıb.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 2025-ci ildə ötən illə müqayisədə qətllərin sayı yüksəlib. Belə ki, 2024-cü ildə 45 qətl hadisəsi qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 50-yə çatıb.

Statistik məlumatlar cinayət hadisələrinin sayında artım tendensiyasının davam etdiyini göstərir.