📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanda revanşist ideyaların təbliği narahatlıq doğurur" - Ombudsman

2023-10-05 12:17:42

Erməni əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və Azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı məlumat yayıb.

Qeyd olunub ki, insanların hüquq və azadlıqlarının səmərəli təmini və sülh prosesinin dəstəklənməsi naminə bu cür nifrət motivli təbliğatın qarşısı alınmalıdır.