📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

2022-12-08 12:18:00

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan hökuməti bu gün növbəti iclasında Xarici Kəşfiyyat Xidmətinin yaradılması barəsində qərar qəbul edib. İclasın gedişi yerli televiziyalarda göstərilib.

Nikol Paşinyan bununla əlaqədar deyib: “Yeni idarə kəşfiyyat və terrorçuluqla mübarizə ilə məşğul olacaq”.

Xarici Kəşfiyyat Xidmətinin Baş nazirə tabe olacağı gözlənilir.

Nazirlər Kabinetinin qərarı müzakirəyə çıxarılması üçün parlamentə təqdim ediləcək.

Xatırladaq ki, bu ilin sentyabrında rəsmi İrəvanın 2 nəfər PKK üzvünü – terrorçular Atilla Çiçek ilə Hüseyin Yıldırımı Türkiyəyə təhvil verməsi xəbəri yayılmışdı.

Hürr Tərcüman