📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda yanğına görə korpus komandiri ilə rəis işdən çıxarılır

2023-01-19 10:02:00

Ermənistanda yanğına görə korpus komandiri ilə rəis işdən çıxarılır

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Lurer” portalı yayıb.

Məlumata görə, V.Qriqoryan Ermənistanda hərbi hissələrin birinin kazarmasında baş verən yanğınla əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrin birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb.

Portalın məlumatına görə, müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Yanğın Təhlükəsizliyi idarəsinin rəisi də hərbi hissədəki hadisə ilə bağlı vəzifəsindən azad ediləcək. (qafqazinfo)