📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda yeni hərbi forma NATO standarlarına uyğunlaşdırılacaq

2024-01-23 12:08:13

Ermənistanda yeni hərbi forma NATO standarlarına uyğunlaşdırılacaq

Hurriyyet.az xəbər verir ki, Ermənistan ordusunun yeni uniforması NATO standartlarına uyğunlaşdırılacaq. Bu barədə məlumat Ermənistanın Müdafiə Nazirliyinin "Sputnik Ermənistan" agentliyinin sorğusuna cavabında verilib.
Hələ 2023-cü ilin noyabrında Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında irduda hərbi formanının dəyişdirilməsi təşəbbüsünün irəli sürüldüyünü və beynəlxalq tərəfdaşlarla iş aparıldığını bəyan etmişdi.
Ermənistan MN-in açıqlamasında deyilir: "Yeni uniforma seçimi zamanı Müdafiə Nazirliyi NATO meyarlarını, həmçinin beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrini əsas tutur. Bu prosesdə ABŞ, Fransa, Yunanıstan, Çexiya ordularının da hərbi formalarının nümunələri araşdırılıb".
Hürr Tərcüman