📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda yol qəzasında ölənlərin sayı 6-ya çatdı

2026-04-10 16:43:46

Ermənistanda yol qəzasında ölənlərin sayı 6-ya çatdı

Ermənistanda baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Şirak vilayətinin Ahin kəndi yaxınlığında baş verən qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Həlak olanlardan 2-si azyaşlıdır.

Qəza zamanı 5 nəfər xəsarət alıb. Yaralılardan 3-ü uşaqdır və onlar təcili şəkildə paytaxt İrəvana aparılır.

Məlumata görə, digər yaralıların vəziyyəti ağır və son dərəcə ağır qiymətləndirilir. Onlar reanimasiya şöbəsində müalicə alırlar.

Hadisənin səbəbləri araşdırılır.