ERMƏNİSTANDA ZƏLZƏLƏ
2024-08-12 10:39:04
Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, avqustun 12-də gecə saat 02.02-də Ermənistanda 4,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Qeqarkunik vilayətinin Martuni məntəqəsindən 9 km şimal-qərbdə, yerin 10 km dərinliyində yerləşib. Yeraltı təkan episentrdə 5-6 bal gücündə olub.
Zəlzələ İrəvanda 2-3 bal gücündə hiss olunub.
Hürr Tərcüman