Ermənistanda Zəngəzur dəhlizinin dəmiryolu marşrutu müzakirə edilir
2023-06-13 13:56:00
Ermənistan baş nazirin müavini Mqer Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Ermənistanın “news.am” saytının hökumətdəki mənbələrinə istinadla verdiyi məlumata görə, görüş zamanı regiondakı vəziyyət və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində mövcud inkişaflar müzakirə olunub. Xüsusilə Yeraşx-Culfa-Meğri-Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərinə toxunulub.
P.S. Burada söhbət Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolundan gedir.
Ülviyyə, Hurriyyet.az