📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandakı Avropa nümayəndələri Həkəri yaxınlığında patrulluq ediblər

2023-06-22 16:50:00

Ermənistandakı Avropa nümayəndələri Həkəri yaxınlığında patrulluq ediblər

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Natali Luazo Avropa İttifaqının monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı sərhəd xəttində olublar.

Bu barədə məlumat missiyanın “Tvitter” səhifəsində yerləşdirilib: “Vəziyyətlə yerində tanış olmaq üçün Aİ nümayəndə heyəti bu gün Laçın yolunun Ermənistan tərəfindəki hissəsində, Həkəri körpüsünün yaxınlığındakı Aİ müşahidəçiləri patrullarına qoşulublar”.

Hürr Tərcüman