📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandakı Belarus səfirliyi “yumurta atəşi”nə tutuldu – Video

2024-08-21 16:56:38

Ermənistandakı Belarus səfirliyi “yumurta atəşi”nə tutuldu – Video

 

İrəvanda Belarus səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Hurriyyet.az xəbər verir ki, etiraz aksiyasının kadrları sosial şəbəkələrdə və Ermənistan KİV-də yayılıb.

Bildirilir ki, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Rossiya” telekanalına müsahibəsində verdiyi Ermənistan hakimiyyəti ilə bağlı son bəyanatlar olub.

Aksiya iştirakçıları Belarusla diplomatik əlaqələrin kəsilməsini tələb ediblər. Aksiyanın sonunda iştirakçılar diplomatik nümayəndəliyin qapılarına və divarlarına kartof, pomidor və yumurta atıblar.

Ermənistan hakimiyyəti və Ermənistan Xarici İşlər Nazirliyi Belarus liderinin bu bəyanatlarına hələlik cavab verməyib.

Xatırladaq ki, Lukaşenko sözügedən müsahibədə Ermənistanın Qərb ölkələri ilə yaxınlaşma siyasətini tənqid edib və ermənilərin heç kimə lazım olmadığını bildirib.

 

Yeniavaz.com