Ermənistandakı iranlılara bəd xəbər-İrəvandakı partlayışda itkin düşənlərin sayı artıb
Bazar günü Ermənistanın paytaxtında baş verən partlayışın ardından və xilasetmə əməliyyatının davam etməsi ilə ölkənin rəsmi orqanları bir neçə İran vətəndaşı da daxil olmaqla, itkin düşənlərin sayının artdığını açıqlayıb.
“Moniban.news” saytı xəbər verir ki, dörd nöqtədə yanğınsöndürmə işləri aparılır. Yanğın və partlayış nəticəsində 4 İran və bir Rusiya vətəndaşı olmaqla 21 nəfər hələ də itkin düşüb. 6 Ermənistan vətəndaşının da öldüyü öz təsdiqini tapıb.
İran İslam Respublikasının Ermənistandakı səfirliyi də bazar ertəsi faciəvi hadisə ilə bağlı başsağlığı verib. İranın İrəvandakı səfirliyi “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda həlak olanların ailələrinə başsağlığı verib, sağ qalanlara və xəsarət alanlara səbr, dözüm və tezliklə sağalmalarını diləyib.
Ülviyyə, Hurriyyet.az