📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandakı Rusiya bazası od tutub yanır

2022-07-12 20:41:00

Ermənistandakı Rusiya bazası od tutub yanır

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Ermənistanın Şirak vilayətinin Gümrü rayonunda yerləşən 102 nömrəli hərbi bazasında yanğın baş verib. 

Ermənistan FHN-in verdiyi məlumata görə, baza ərazisindəki tikinti materialları anbarı od tutub. Hadisə yerində iki yanğınsöndürən dəstə işləyir.

“Sputnik Ermənistan” agentliyinin məlumatına görə, yanğın 500 kvadmetrlik sahədə başlayıb, alov anbarın damına da keçib. Yanğından ölənlər və xəsarət alanlar barəsində hələlik məlumat daxil olmayıb.

Bazanın şəxsi heyətinin sayı 4 000 nəfərə yaxındır

102-ci Rusiya hərbi bazası 1995-ci ildən Ermənistanda yerləşib. Bazanın Gümrüdə və İrəvanda iki hərbi qarnizonu var. Bazanın şəxsi heyətinin sayı  dörd min nəfərə yaxındır.

Hürr Tərcüman