Ermənistandan açıqlama: “Əliyev ilə Paşinyanın görüşündə sənəd imzalanmayacaq”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 dekabr tarixində Brüsseldə keçirilməsi gözlənilən görüşü zamanı ikitərəfli münasibətlərlə bağlı sənədlərin imzalanmasının planlaşdırılmadığını bəyan edib.
Qriqoryan bu açıqlamanı “Qraparak” qəzetinə müsahibəsində verib: “Hazırda sənəd imzalanması barəsində razılaşma yoxdur”.
Onun sözlərinə görə, Rusiya tərəfindən təklif edilən sərhədlərin delimitasiyası və semarkasiyası məsələrinin Azərbaycan ilə Ermənistan rəhbərlərinin görüşü ilə heç bir əlaqəsi yoxdur: “İstənilən halda bu prosesi həyata keçirmək zəruridir və bu görüşün keçirilib-keçirilməyəcəyi məsələsinin ona birbaşa təsiri yoxdur”.
Bəlli olduğu kimi, noyabrın 19-da Avropa Şurası qurumun rəhbəri Şarl Mişelin əldə elədiyi razılaşma əsasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə görüşəcəklərini bəyan edib.
Hürr Tərcüman