Ermənistandan açıqlama: “Rusiyanın təklifi ilə razıyıq”
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya tərəfi Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli parlamentlərarası danışıqlar aparılmasını təklif edib. Ermənistan parlamentinin spikerinin mətbuat katibi Çovinar Xaçatryanın sözlərinə görə, İrəvan buna razılıq verib. Mətbuat katibi deyib: “Parlamentlərarası üçtərəfli danışıqların keçirilməsi barəsində təklif irəli sürülüb. Təklifi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya Federasiyasına səfəri zamanı səsləndirib”. Xaçatryan Simonyanın bu təklifə razılıq verdiyini qeyd edib, görüşün konkret formatının və keçirilmə tarixinin hələlik müzakirə edilmədiyini söyləyib.
Rusiya parlamentinin yuxarı palatasındakı mənbənin mətbuata açıqlamasında isə, Azərbaycan, Rusiya və Ermənistan parlamentləri səviyyəsində üçtərəfli danışıqların noyabrda keçiriləcəyi bildirilir.
Hürr Tərcüman