📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

2026-09-24 16:28:57

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistan Azərbaycana alüminium folqa ixrac etməyə başlayıb.

Hurriyyet.media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə həmin ölkənin iqtisadiyyat naziri Gevork Papoyan gökumətin iclasından sonra brifinqdə danışıb. 

O, bununla belə, ixracın dəqiq həcmini açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yaxın günlərdə ölkəsindən Azərbaycana ilk ixrac barədə məlumat veriləcəyini açıqlamışdı.