📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandan Ceyhun Bayramovla Ararat Mirzoyanın növbəti görüşü barəsində açıqlama

2023-06-06 11:08:00

Ermənistandan Ceyhun Bayramovla Ararat Mirzoyanın növbəti görüşü barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, məlumatı Ermənistanın XİN-in mətbuat katibi Ani Badalyan “Sputnik Ermənistan” informasiya agentliyinə açıqlamasında Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı danışıqların növbəti mərhələsinin iyunun 12-də başlanacağını deyib. Badalyan görüşlə bağlı əlavə məlumat verməyib.

Bayramovla Mirzoyan arasında danışıqlar son dəfə 1-4 may tarixlərində Vaşinqtonda keçirilib. Danışıqların davam etdiyi günlərdə nazirlər iki dəfə ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra Blinken iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün mühüm irəliləyiş əldə edildiyini bildirib.

Hürr Tərcüman