Ermənistandan meymunlara və gəmiricilərə qarşı sanksiyalar
2024-08-22 18:28:21
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, meymunçiçəyi virusunun yayılmasına qarşı profilaktika məqsədi ilə Ermənistan hökuməti avqustun 21-dən etibarən gəmiricilərin və primatların ölkəyə gətirilməsini qadağan edib. Bu canlılar da insanlar kimi həmin virusun daşıyıcıları hesab edilirlər.
Məlumatı Ermənistanın Ərzaq Təhlükəsizliyi Müfəttişliyi verib.
Hürr Tərcüman